Sürət və etibarlılıq, Sürüşdürərək Yazma, səslə yazma, Əl yazısı kimi Google Keyboard'da sevdiyiniz bütün funksiyalar Gboard'da mövcuddur
Sürüşdürərək Yazma — Barmağınızı hərfdən hərfə sürüşdürərək sürətli yazın
Səslə yazma — Hərəkətdə olarkən mətni asanlıqla diktə edin
Əl yazısı* — Kursiv və çap hərfləri ilə yazın
Emoji Axtarışı* — Emojiləri cəld tapın
GIF'lər* — Mükəmməl reaksiya üçün GIF'ləri axtarın və paylaşın.
Çox dildə yazma – Əl ilə dilləri dəyişməyə artıq ehtiyac yoxdur. Gboard aktiv etdiyiniz dillərdən hər hansı birində avtomatik düzəliş edəcək və təklif verəcək.
Google Tərcümə — Klaviaturada yazdıqca tərcümə edin
* Android Go cihazlarında dəstəklənmir
Yüzlərlə dil, o cümlədən:
Afrikaans, Amhar, Ərəb, Assam, Azərbaycan, Bavariya, Benqal, Bhojpur, Birma, Sebuan, Çhattisqar, Çin (Mandarin, Kanton və digər), Çittaqon, Çex, Dekkan, Holland, İngilis, Filippin, Fransız, Alman, Yunan, Qucarat, Hausa, Hindi, İqbo, İndoneziya, İtalyan, Yapon, Yava, Kannada, Kxmer, Koreya, Kürd, Maqaxi, Maithili, Malay, Malayalam, Marathi, Nepal, Şimali Soto, Odiya, Pəştu, Fars, Polyak, Portuqal, Pəncab, Rumın, Rus, Saraiki, Sindhi, Sinhala, Somali, Cənubi Soto, İspan, Sundan, Svahili, Tamil, Teluqu, Tay, Tsvana, Türk, Ukrayna, Urdu, Özbək, Vyetnam, Xosa, Yoruba, Zulu və bir çox digər dillər! Dəstəklənən dillərin tam siyahısı üçün https://goo.gl/fMQ85U ünvanına baxın
Peşəkar ipucları:
• Jestlə kursor idarəetməsi: Barmağınızı boşluq düyməsinin üzərində sürüşdürərək kursoru hərəkət etdirin
• Jestlə silmə: Silmə düyməsinin üzərində sola sürüşdürərək çox sayda sözü cəld silin
• Rəqəm sırasını həmişə əlçatan edin (Ayarlar → Tərcihlər → Rəqəm Sırası bölməsində aktiv edin)
• Simvol ipucları: Basıb saxlayaraq simvollara daxil olmaq üçün düymələrin üzərində cəld ipucları göstərin (Ayarlar → Tərcihlər → "Simvollar üçün basıb saxlayın" bölməsində aktiv edin)
• Bir əl rejimi: Geniş ekranlı telefonlarda klaviaturanı ekranın soluna və ya sağına bərkidin
• Temalar: Düymə kənarları ilə və ya kənarsız temanızı seçin
Güncəlləmə vaxtı
21 noy 2024